"OksiMedia Production" 2015-ci ilin avqust ayında yaradılıb. Şirkətin təsisçisi və rəhbəri hind rəqslərin mahir ifacısı, aktrisa, 2 dəfə Beynəlxalq Rəqs festivalların və Hindistanda keçirilən "INDIA's BEST CINESTARS KI KHOJ" yarışmasının qalibi Oksana Rəsulovadir.
"OksiMedia Production" əsasında rəhbər və kreativ gənclər daxil olmaqla yeni ideyalara və təşəbbüslərə malik bir komanda dayanır. Şirkəti təsis etməkdə səbəb: Azərbaycanda film, PR, reklam, konsertlər, tədbirlərin idarə olunması, konfransların təşkili sahələrinə yeni nəfəs gətirərək, brend olub işlərimizlə fərqlənməkdir.
"OksiMedia Production"-nin fəaliyyəti ümumi olaraq 4 istiqamətdən ibarətdir
Azərbaycanda film senayesini daha peşəkar səviyyəyə gətirib, dünyaya tanıtmaq, uzun və qısamətrajlı filmlərin, reklam və video çarxların çəkilişləri.
PR kommunikasiyasi və sosial şəbəkələrdə PR strategiyalarının təşkili, ATL&BTL reklam aksiyaları və TV-reklam çarxları.
Korporativ tədbirlərin, konfransların, açılış mərasimlərinin, sərgilərin, konsertlərin təşkili və keçirilməsi.
Ən son texnologiyaya mənsub video və foto kameraların, səhnə avadanlıqlarının, proyeksiya cihazlarının icarəyə verilməsi.
Təklifiniz və ya sualınız varsa, bizimlə əlaqə saxlayın